28 May Respublika günü və Şəhid Turqut Xəlilbəyliynin xatirəsinə həsr olunmuş tədbir

    Bu gün – 27 may 2025-ci il tarixində, Bakı şəhəri 56 nömrəli tam orta məktəbin 4 “A” sinifində ölkəmiz üçün əlamətdar olan 28 May – Respublika Gününə həsr olunmuş xüsusi bir tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın dövlətçilik tarixini, milli dəyərlərini aşılamaq və vətənpərvərlik ruhunu gücləndirmək idi.

Tədbir sinif rəhbəri Əliyeva Zarema müəllimin təşəbbüsü və rəhbərliyi ilə təşkil olunmuş, yüksək əhval-ruhiyyə və vətənpərvərlik ruhunda keçmişdir. Tədbirdə şagirdlər 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumatlar təqdim etmiş, şeirlər söyləmiş, səhnəciklər göstərmiş və musiqi nömrələri ilə çıxış etmişlər.

Tədbirin xüsusi hissəsi isə Vətən uğrunda canından keçmiş şəhid Turqut Xəlilbəylinin xatirəsinə həsr olunmuşdu. Şagirdlər şəhidimizin qəhrəmanlığından danışmış, onun həyat yolu və vətən sevgisi haqqında duyğulu çıxışlar etmişlər. Bu hissə, bir daha göstərdi ki, şəhidlər unudulmur və onların əziz xatirəsi daim yaşadılır.

Belə tədbirlər gənc nəslin milli ruhda tərbiyə olunmasında, vətənə sevgi və hörmət hissinin formalaşmasında mühüm rol oynayır. 4 “A” sinfinin şagirdləri və müəllimələri bu işi böyük məsuliyyət və sevgi ilə yerinə yetirmişlər.

Əliyeva Zarema müəllim başda olmaqla bu tədbirin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi