Aprel şəhidlərinin il dönümü

Aprelin 2-nə keçən gecədən başlayaraq Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin birinci il dönümünü yad etmək üçün siniflərdə mühazirələr oxundu,foyedəki Rəşadətli Azərbaycan Ordusu stendinin qarşısında vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şagirdlər öz vətənpərvərliklərini göstərərək orduda olan əsgərlərimizi dəstəklədilər.