Narkamaniya ilə mübarizəyə aid tədbir

    Xətai rayonu Polis İdarəsinin rəisi polis polkovniki Vaqif Müslümovun məktəblilərlə görüşü oldu.O, ötən dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən genişmiqyaslı əməliyyat tədbirləri barədə iştirakçılara məlumat verib.İdarə rəisi qeyd edib ki,  hüquq mühafizə orqanları, dövlət və qeyri-hökumət təşkilatları, bir sözlə, gələcəyimizi sağlam görmək istəyən hər kəs narkotiklərlə-bu bəşəri bəla ilə mübarizə aparmaq üçün səfərbər olunub.O bildirib ki, “Narkomaniya özünəqəsdin ən ağır formasıdır. Onun gələcəyimizi təhdid etməsi, həmçinin ən təhlükəsiz yollarından biri kimi  internet üzərindən sərhədlər aşması ölkəmizdə də dərin narahatlıq doğurur. Bütün bunları nəzərə alaraq müvafiq  istiqamətdə mübarizə tədbirlərinin kəsərini artırmaq üçün maarifləndirmənin vacibliyi diqqət mərkəzində saxlanılmalıdır.Qeyd olunub ki,  hüquq mühafizə orqanları, dövlət və qeyri-hökumət təşkilatları, bir sözlə, gələcəyimizi sağlam görmək istəyən hər kəs narkotiklərlə-bu bəşəri bəla ilə mübarizə aparmaq üçün səfərbər olunub.Çıxış edənlər gəncləri narkomaniya və erkən nikahdan, digər zərərli vərdişlərdən çəkindirmək üçün keçirilən tədbirlərin əhəmiyyətini  xüsusi vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi