“Şahin” hərbi-idman oyunları- şəhər mərhələsi III yerMayın 4-ü Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahin” hərbi-idman oyunlarının şəhər mərhələsi keçirilib.
Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Yarışlara “Sıra hazırlığı” mərhələsi ilə start verilib. Oyunun əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirilib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət yaradılmış Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirilib.
Məktəbin komandası şəhər mərhələsində uğurlu çıxış edərək lll yerə layiq görülüblər.
Sabahın Alimləri XIII Respublika MüsabiqəsiMəktəbin rus bölməsinin X sinif şagirdləri Nurxan Useynzadə və Nihad İsgəndərov Sabahın Alimləri XIII Respublika Müsabiqəsində Riyaziyyat nominasiyası üzrə "Evklid fəzalarında p-ölçülü səthilərin göstərilməsi" mövzusunda qalib olaraq bürünc medal qazanıb.
Fəxri fərmanYasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr -Beynəlxalq müəllim gününə həsr edilmiş tədbirdə məktəbin direktoru Tünzalə Zeynalova rayonun ictimai həyatında fəal iştirak etdiyinə, gənc nəslin təlim tərbiyəsində səmərəli fəaliyyətinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tərəfindən fəxri fərmanla təltif olunub.
Tünzalə müəllimə, sizi təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirik!