GİGİYENA VƏ SAĞLAM HƏYAT.

Məktəbimizdə “Gigiyena və sağlam həyat” mövzusunda seminar keçirildi. Seminarı məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova və məktəbin psixoloqu Ləman Quliyeva apardı. Məktəbin psixoloqu qızlara şəxsi gigiyena haqqında məlumat verib öz tövsiyələrini verdi. Psixoloq eyni zamanda sağlam həyat tərzi haqqında məlumat verərək etiket qaydalarından da söhbət apardı və öz məsləhətlərini verdi. Daha sonra məktəbin direktor müavini Lalə Nəsirova qızların məktəb həyatı dövründə özlərinə nəzarət mövzusunda söhbət apardı və qızlara gələcəyin anası, tərbiyəçisi kimi öz tövsiyələrini verdi. Sonra müzakirəyə qoşulan şagirdlər mövzu barədə fikir bildirdilər. Onların fikirləri şagirdlər tərəfindən müsbət qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi