Azərbaycanın Milli QəhrəmanıMübariz İbrahimov

Bu gün məktəbimizin akt zalında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 28-ci ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəbimizin müəllim və şagird kollektivi iştirak etdi. Tədbiri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nəsirova Lalə açdı. Mübariz İbrahimov və onun simasında bütün şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Sonra Mübariz İbrahimovun qəhrəmanlığından danışıldı. Şagirdlərimiz qəhrəmanlarımız haqqında yazılmış şeirləri söylədi, mahnılar oxudular. Sonda Mübariz İbrahimovun qəhrəmanlığına aid hazırlanmış videoçarxa baxıldı. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!