31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ, AZƏRBAYCAN MİLLƏTİNİN BİRLİK ŞÜARININ SİMVOLİK GÜNÜDÜR.
29.12.2015-ci il tarixində məktəbimizdə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olundu. Məktəbimizin müəllim və şagird kollektivi tədbirdə iştirak etdilər. Qeyd olundu ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.Tədbirdə Həmrəylik gününün himni səsləndi, videoçarx nümayiş etdirildi, şagirdlər tərəfindən şeirlər səslənildi.Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə ölkəmizdə və ölkəmizdən kənarda yaşayan azərbaycanlıları təbrik edirik.