53№li tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü.

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər planına əsasən dəyirmi masa və “Heydər zirvəsi” ədəbi-bədii gecəsi keçirildi.Tədbirdə Ümummilli liderimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra liderin həyat və siyasi fəaliyyəti haqqında məktəbin tarix müəllimləri çıxış etdi. Müəllimlərimiz Ümummilli lider Heydər Əliyevin hər bir sahəyə, o cümlədən, təhsilə, mədəniyyətə, incəsənətə böyük diqqət yetirdiyini və onun davamçısı İlham Əliyevin də bu siyasəti layiqincə davam etdirdiyi vurğulandı. Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı video-çarx nümayiş olundu. Həftə ərzində sinif təşkilat saatları,liderin siyasi fəaliyyəti haqqında mövzulara həsr olunmuş sinif divar qəzetləri,referat işləri hazırlandı. Məktəbin istedadlı şagirdlərinin Ümummilli liderə həsr etdikləri rəsmlərin və Ümummilli lider Heydər Əliyev irsini təbliğ edən kitabların sərgisi təşkil olundu. Müəllim və şagird kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi, məzarın önünə təzə tər çiçəklər qoyuldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi