"Breyn-rinq" intelektual bilik yarışı.
28 dekabr2017-ci ildə məktəbimizdə Məktəb rəhbərliyi və "Məktəblinin Dostu" layihəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə 7-10-cu sinif şagirdləri arasında "Bilik yarışı" keçirildi. Yarış 3 mərhələdən - hər mərhələdə 12 sual olmaqla təşkil edilmişdir. Yarışda 19 komanda iştirak edirdir.Münsiflər heyəti qismində məktəbin tərbiyə işləri üzrə direktor müavini lalə Nəsirova, "Məktəblinin Dostu" pilot layihəsinin əməkdaşı Yasəmən Abdullayeva və "Hüquq klubu"nun sədri 10ç sinif şagirdi Orxan Vəliyev iştirak edirdilər. Yarışda finala vəsiqə qazanmış komandalardan I yeri 8b sinfinin "Odlar yurdu"komandası, II yari 9d sinfinin "Miram"komandası, III yerləri isə 10c sinfinin "Heksa" və 10ç sinfinin "Destroy" komandasıqazandı.