Dini radikalizmlə mübarizə hər birimizin borcudur.
13.12.2017-ci il tarixdə məktəbdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Şəhər Təhsil İdarəsi ilə birgə tədbiri keçirildi. Tədbirdə DQİDK-nin Bakı şəhəri üzrə komitəsinin müdir müavini Ceyhun Əliyev, BŞTİ-nin nümayəndəsi Qənirə Sultanova iştirak etdilər.
Tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini L.Nəsirova açdı. O bildirdi ki, ”İslam Həmrəyliyi ili” çərçivəsində baş tutan bu tədbirin gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyəti var.
Daha sonra Azərbaycan reallığını əks etdirən, bir qütbdə vətən uğrunda canını qurban verən şəhidlərimiz, o biri qütbündə isə hansı amala xidmət etdiyini bilməyərək yad torpaqlarda həlak olan radikal dini cərəyanların qurbanı olmuş Azərbaycan vətəndaşları haqqında çəkilmiş “Şəhadət” sənədli filminin təqdimatı oldu.
Tədbir DQİDK-nin Bakı şəhəri üzrə komitəsinin müdir müavini C.Əliyevin valideyn və şagirdlərə müraciəti ilə davam etdi.