“İİV-QİÇS və Narkomaniya bəlasına birlikdə son qoyaq” layihəsi

06.11.2015-ci il tarixdə 53№li tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dünya” Ana və Uşaq İctimai Birliyi “İİV-QİÇS və Narkomaniya bəlasına birlikdə son qoyaq” layihəsi çərçivəsində tədbir keçirildi.Tədbiri giriş sözü ilə direktor müavini Lalə Nəsirova açdı. Tədbirdə “Dünya” Ana və Uşaq İctimai Birliyinin sədri Dilarə Əliyevanın, jurnalist yazıçı-publisist Esmira Şükürovanın,”Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” ictimai birliyinin sədr müavini Solmaz Kürçaylının, şairə-publisist Simuzər Nüsrətbəylinın, “Zəka və Ülviyyət” jurnalının baş redaktoru Elmira Ağayevanın və Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndəsi Seymur Nağıyevin mövzu ilə bağlı çıxışları dinlənildi. Sonda məktəbin direktoru Firəngiz Həsənova çıxış etdi və öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi