Beynəlxalq Müəllimlər Günü

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir. Bu gün məktəbin foesində "Beynəlxalq Müəllimlər Günü"nə həsr olunmuş "Əziz müəllimim" mövzusunda divar qəzetləri nümayiş olundu. Məktəbin istedadlı şagirdlərinin - Fidan Məmmədəliyeva, Ayan Rufullayevanın çəkdikləri rəsmlər də məktəbin foesində nümayiş olundu. "Əziz müəllimim" mövzusunda çəkilmiş bu şəkillər məktəbin müəllim və şagird kollektivinin böyük marağına səbəb oldu. Tək əlimizdən deyil, qəlbimizdən tutan, bizə sevgni, şəfqəti və öyrənməyi öyrədən dəyərli müəllimlərimizin 5 oktyabr Müəllimlər Günü münasibətilə Məktəblinin Dostu "Səndən Öyrəndim" adlı müsabiqə keçirildi. Məktəbimizin XIc sinif şagirdi Sevgin də bu müsabiqədə iştirak etdi. Müəllimlərindən öyrəndiklərini video şəklində hazırladı. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbdə də müəllimlərin şərəfinə ziyafət təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi