MKS-nin Mərkəzi kitabxasinda müsabiqə keçirildi.
Oktyabrin 15-də Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubleyi ilə əlaqədar kitabxanaların oxucuları arasında keçirilən şeir müsabiqəsinin rayon üzrə yekun turu keçirildi.Bu müsabiqədə 53 №li tam orta məktəbin 6 şagirdi iştirak etmişdir.2 iştirakçı-Xanım və Bəşarət müsabiqənin final mərhələsində çıxış etmək üçün seçildi. Müsabiqənin məqsədi uşaqlar arasında mütaliənin təbliği,mütaliə-bilik dairəsinin genişləndirilməsi və vərdişlərinin inkişaf etdirilməsi,kitabxanalara ictimai marağın artırılması,istedadlı uşaqların aşkarlanmasından ibarətdir.