Kitabı çox sevirik.
14 may 2015-ci ildə məktəbin 2-ci və 3-cü sinif şagirdlərinin iştirakı ilə ”Kitabı çox sevirik” başlığı ilə tədbir keçirildi. Tədbirdə 3a sinif şagirdləri A.Şaiqin “Şikayət dəftəri” şeirini səhnələşdirib təqdim etdilər.Şagirdlərin ifasında bir-birindən maraqlı şeirlər, kitab haqqında müdrik kəlamlar, atalar sözləri, tapmacalar səsləndirildi.Şagirdlərə örnək olaraq yuxarı sinif şagirdləridə bir-birindən maraqlı hikmətli sözlər, kitabla bağlı fikirlər söylədilər.Tədbirin sonunda şagirdlər “Mütaliə ayı” ilə bağlı fərqlənmələrə layiq görüldülər.