Müstəqilliyin Bərpası Günü və Zəngilan Şəhəri Günü
Oktyabrın 18-I məktəbin 5ğ sinfinin sinif rəhbəri Lalə İsmayılova 18 oktyabr- “Müstəqilliyin Bərpası Günü” və 20 oktyabr- “Zəngilan Şəhəri Günü”-nə həsr olunmuş tədbir keçirib.
Tədbirdə məktəbin direktoru Tünzalə Zeynalova, Hərbi rəhbər Samir Daşdəmirov, direktor müavinləri və valideynlər iştirak edib.
Tədbir zamanı şagirdlərin hazırladığı təqdimatlar dinlənilib, çəkdikləri rəsmlər nümayış olunub, müxtəlif şeirlər səsləndirilib,
Çıxış üçün söz alan valideyn Gülşən Hümbətova tarixi günlərin qeyd olunmasının əhəmiyyətindən danışıb və şagirdlərə bu istiqamətdə dəstək olan məktəb rəhbərliyinə təşəkkür edib.