“ITi Zəka-2” hakatonu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “ITi Zəka-2” hakatonu keçirilib.

Yarış iki mərhələdən ibarət olub. İyunun 24-də “ITi Zəka-2” hakatonunun seçim mərhələsini uğurla keçərək finala vəsiqə qazanan komandalar təlimlərə cəlb olunub. Təlimlərdə Bahçeşehir Universitetinin dosenti Yavuz Samur “Mobil tətbiq və oyunların hazırlanması”, “Sabah HUB”, Push30-un texniki rəhbəri Nihat Muradzadə isə “Layihələrin ilkin prototipinin hazırlanması mövzularında təqdimatla çıxış ediblər.

 Məktəbin “Code Wizards” komandasının üzvləri 10a sinif şagirdi Aslan Rizvanov, 9d sinif şagirdi Əhəd İslamzadə, 9b sinif şagirdi Əlihüseyn Rüstəmli, 9d Mehdi Qarayev hazırladıqları “TEEN EVENT” (Məktəbli və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili) layihəsi ilə “ITi Zəka-2” hakatonunda iştirakına görə diplomla təltif edilib.

Şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi