Təmizlik festivalı
“Yaşıl dünya naminə həmrəylik ili” layihəsi çərçivəsində iyunun 5-i məktəbin 2a sinfinin sinif rəhbəri Aytəkin Məmmədova “5 iyun-Ümumdünya ətraf mühitin mühafizəsi günü”-nə həsr olunmuş “Təmizlik festivalı” təşkil edib.
Müəlimə şagirdlərə bildirib ki, bu günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və daha çox insanı planetin təbii həyat təminatı sistemlərinə artan təzyiqin kritik həddə çatmasının qarşısını almaq üçün tədbirlər görməyə təşviq etmək məqsədi daşıyır. Bizim hər birimiz planetimizin qayğısına qalmaq üçün öz üzərimizə düşən məsuliyyəti anlamalıyıq.
Sonra şagirdlər hazırladığı şüarları səsləndirib, məktəbin həyətində təmizlik işləri aparıb, çiçəklər əkib.