Şagird davranış qaydaları
İyunun 3-ü məktəbin 5g sinfinin sinif rəhbəri Könül Aslanova şagirdlər arasındakı münasibətlərin düzgün tənzimlənməsi məqsədilə sinif təşkilat saatında “Şagird davranış qaydaları” haqqında danışıb.
Çıxış edən müəllimə şagirdlərə məktəbdaxili münasibətlərin düzgün qurulması, şagird davranış qaydaları, davranış səviyyələri, korreksiyaedici tədbirlər, rəğbətləndirmə tədbirləri haqqında geniş məlumat verib.
Sonda şagirdlərin fikirləri dinlənilib.