OCEP-TELEKÖRPÜ

Mayın 27-də OCEP layihəsi çərçivəsində Özbəkistan Respublikasının Daşkənd şəhər Al-Beruni Beynəlxalq Məktəbi ilə onlayn görüş keçirilib.

Görüş hər iki ölkənin Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə iştirak edən Bakı şəhəri 53 №li tam orta məktəbin direktoru Tünzalə Zeynalova, Al-Beruni məktəbinin direktoru, həmyerlimiz Həsən Həsənov, Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin diplomatı Atabəy Ramazanov və BŞTİ nin sektor müdiri Günay Qurbanova çıxış edərək iki qardaş ölkələrin dostluq münasibətlərinin tarixi kökündən, ortaq dəyərlərdən və ümumiyyətlə, məktəblilər arasındakı bu görüşün əhəmiyyətindən danışıblar.

Sonra hər iki məktəbin müəllim və şagird heyəti Azərbaycan, Özbəkistan Respublikalarının zəngin tarixi, mədəniyyəti, coğrafiyası, mütəffəkirlərinə və s. həsr edilən təqdimatlarla çıxış edib.

Sonda görüş iştirakçıları xoş təəssüratla ayrıldılar.

Yaşasın, Azərbaycan Özbəkistan dostluğu!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi