28 May- Müstəqillik Günü
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 106 il keçir.
Mayın 24-ü məktəbdə tarix müəllimi Məleykə Əliyevanın təşkilatçılığı ilə “Müstəqillik Günü”-nün 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Nurlan Abbasov, Elşən Aslanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Pedaqoqika üzrə fəlsəfə doktoru Nərmin Kamilova iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir:”Bu şanlı tarix Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Qanunla Müstəqillik Günü kimi qəbul edilib.
Daha sonra şagirdlərin hazırladığı “Azərbaycan dövlətçilik tarixi”-nə həsr olunmuş səhnəcik, müxtəlif rəqslər nümayiş olunub, musiqilər ifa edilib. Xüsusən Atropat, Cavanşir, Sara Xatun, Şah İsmayıl Xətai, Məhəmməd Əmin Rəsulzadə, Ulu Öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin obrazlarının şagirdlər tərəfindən canlandırılması tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəçi tələbələrinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Sonda qonaqlarla tədbir iştirakçıları xatirə şəkli çəkdirib.