“Gələcəyini qur” layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əasasən mayın 16-sı “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin iştirakçısı və könüllü üzvü olan məktəbin məzunu Jalə Xankişiyeva layihə haqqında X sinif şagirdləri ilə maarifləndirici söhbət aparıb. Bildirib ki, Layihəyə seçilmiş şagirdlər əlavə dərslərdə iştirak etməklə yanaşı, mütəmadi olaraq sınaq imtahanlarını verir, ilboyu psixoloji dəstək alır və Layihənin dəyərlərinə həsr olunmuş tədbirlərdən faydalanırlar. Şagirdlərlə həmçinin mentorlar çalışır, ixtisas seçimi ilə və digər mövzularla bağlı daim dəstək göstərilir.

Layihəsinin əsas məqsədi ailə vəziyyəti çətin olub təhsil alma həvəsi və potensialı olan gəncləri ali təhsilə yiyələnməkdə dəstəkləmək, onların cəmiyyətin tamhüquqlu, məsul, bilikli və bacarıqlı vətəndaşları olaraq inkişaf etməsinə kömək göstərməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi