Ortaq Türk Tarixi
Mayın 16-da məktəbin rus bölməsinin tarix müəllimi Könül Səmədovanın rəhbərliyi ilə hazırda təcrübədə olan BDU-nun tarix fakultəsinin tələbəsi Səadət İbrahimlinin Vlll f sinfində Ortaq Türk Tarixi fənnindən "Qaraqoyunlu və Ağqoyunlu dövlətləri" mövzusunda dərsi dinlənilib.
Təcrübəçi müəllim İKT-dən istifadə etməklə dərsin məqsədinə nail olub.
Komandalarla iş aparılıb, şagirdlərin tədqiqat aparması üçün motivasiya qurulub.
Yekun olaraq, türkdilli xalqlar arasındakı dostluq və qardaşlıq münasibətlərindən, müasir, qalib Azərbaycan haqqında geniş müzakirə aparılıb.
Təcrübəçi müəllimə gələçək fəaliyyətində uğurlarıq arzulayırıq.