“Yaşıl Dünya Naminə Həmrəylik İli”-nə həsr olunmuş şagirdlərin yaradıcı layihəsi

Mayın 8-i məktəbin dərnək rəhbəri Biologiya üzrə fəlsəfə doktoru Təranə Abdullayevanın təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli”-nə həsr olunmuş şagirdlərin yaradıcı layihəsi təqdim olunub.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  kimya və biologiya fakültəsinin dekan müavini ,bilogiya elmləri üzrə fəlsəfə doktoru Bəsti Əsədova, baş müəllim Zəminə Məlikova, Sevinc Mehdiyeva, Dosent Sabiyə Cəbrayılzadə, Xoşqədəm İbrahimova, Elnurə Səfərova, Həqiqət Hacıyeva, Baş müəllim İradə  Məmmədova, Şəhla Abdullayeva və məktəb rəhbərliyi iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və bu istiqamərdə görülən işlərdən danışıb.Qeyd edib ki, sərəncamda Azərbaycan 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. Bu vəzifələrdən ən əsası isə  şagirdlərin bu haqda maarifləndirilməsidir.

Daha sonra məktəbin “Gənc tədqiqatçı bioloqlar” dərnəyinin üzvlərinin hazırladıqları təqdiatlar dinlənilib. Məktəbin istedadlı şagirdləri isə rəqs edib, müxtəlif musiqilər səsləndirib.

Sonda qonaqlarla tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi