“Şahin” hərbi-idman oyunları- şəhər mərhələsi III yer

Mayın 4-ü Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahin” hərbi-idman oyunlarının şəhər mərhələsi keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yarışlara “Sıra hazırlığı” mərhələsi ilə start verilib. Oyunun əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirilib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət yaradılmış Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirilib.

Məktəbin komandası şəhər mərhələsində uğurlu çıxış edərək lll yerə layiq görülüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi