“Dəcəl çəpişlər” tamaşası
Şagirdlərin asudə vaxtının səmərəli təşkilinin onların həyatında oynadığı müsbət rol danılmazdır. Məktəbin 1c sinfinin sinif rəhbəri Günay Namazova və 2ə sinfinin sinif rəhbəri Aişən Əzizova şagirdlərini Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Dəcəl çəpişlər” tamaşasına aparıb.
Tamaşasa "Şəngülüm, Şüngülüm, Məngülüm" xalq nağılının əsasında hazırlanıb. Səhnə əsərinin süjet xəttində ana keçi və onun üç balasından, həm də keçinin balalarını yemək istəyən canavar və bu işdə ona kömək edən tülkü ilə çaqqaldan bəhs edilir.
Şagirdlər tamaşadan xoş təəssüratlarla ayrılıb.