Dərs dinləmə
Mayın 2-də məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Şölə Şükürovanın 9a sinfində "Qədim yaşayış məskənləri" mövzusunda dərsi dinlənilib.
Dərsdə şagirdlərin qrup şəklində əməkdaşlıq, təqdimetmə və məntiqi düşünmə bacarıqları inkişaf etdirilib. Qədim yaşayış məskənləri haqqında müzakirə zamanı vasitəli və vasitəsiz nitqlə bağlı məlumatlar da tətbiq edilib.
Müəllimin nitqi aydın və səlis idi. Şagird-müəllim münasibətləri düzgün qurulmuşdu.
Dərs dinləmələr davam edir.