“Nağıllar” metodikası
Məktəbin psixoloqu Raidə İmanova 6ğ sinfi ilə “Nağıllar metodikası”-ndan istifadə edərək sorğu keçirib.
Proyektiv test olan “Nağıllar” testi İsveçrə psixoloqu Luiza Dyuss tərəfindən işlənib və 4-11 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Stimul materialı 10 hekayədən ibarət olub. Hər hekayədən sonra psixoloq şagirdlərə suallar verib. Həm uşaq, həm heyvan olan hekayə qəhrəmanları şüuraltının inkişaf mərhələsini təşkil edən müəyyən situasiyalarda olublar. Əgər uşaq hekayədən təsirlənirsə, deməli, qəhrəmanın düşdüyü vəziyyət onda kompleksə işarə edən assosativ zəncir yaradır. Bütün uşaqlar statistik norma olaraq təkrar cavablar veriblər.
Test dinamikdir və bütün cavabları kompleks şəkildə nəzərə alan qlobal interpritasiyanın olması vacibdir. Testi savadlı, peşəkar səviyyədə interpritasiya etmək üçün psixoloq psixoanalitik konsepsiyaya əsaslanıb və şagirdlərin yaşı nəzərə alınıb.