Şəhid məzarları ziyarət olunub

Aprelin 24-ü məktəbin 7a sinfinin sinif rəhbəri Zəhra Nuriyeva şagirdləri ilə birlikdə şəhid Əliyev Rövşən Feyruz oğlunun anım günü ilə əlaqədar olaraq I və II Fəxri xiyabanda dəfn olunan şəhidlərin məzarını ziyarət edib.

Ziyarət zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra müəllimə çıxış edərək qeyd edib ki, şəhid Əliyev Rövşən 1975 ci ildə anadan olub, 26 aprel 1994-cü ildə Füzuli uğrunda döyüşlərdə şəhid olub. 26 aprel şəhidimizin 30-cu anım günüdür.

Torpağı qanı ilə vətən edən oğullarımız daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq. Allah şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi