Fiziki fərqlilik məhdudiyyət demək deyil

Dərslərdə iş formasının seçilməsi proqram materialının xarakterindən, hansı axtarış formasının seçilməsindən,  şagirdlərin yaş və bilik səviyyəsindən asılıdır. Məktəbin Azərbaycan dili müəllimi Könül Aslanova bu prinsipləri nəzərə alaraq 5-ci sinif şagirdləri ilə “Fiziki fərqlilik məhdudiyyət demək deyil” mövzusunda cütlərlə iş aparıb.

Dərs zamanı əlilliyi olan şagirdlərə qayğı və diqqət göstərmək, onları cəmiyyətə adaptasiya etmək, özlərini cəmiyyətin layiqli bir üzvü olduğunu hiss etdirmək kimi vacib məsələlər haqqında düşünməyə sövq edən tapşırıqlar yerinə yetirilib.

Məqsəd şagirdlərin şəkillərdəki təsvirlərin mənasını anlayaraq hansı məlumatın ötürülməsini aydınlaşdırmaqdan ibarət olub. Təsvirlərdə fiziki məhdudiyyəti olan insanların cəmiyyətə adaptasiyası, onların da bizdən heç bir fərqinin olmaması, bizlərdən biri olması, qarşılıqlı münasibətlərin düzgün qurulması, qayğının, mehribanlığın, dostluğun, hörmətin vacib olması vurğulanıb.

Müzakirənin nəticəsi yazılı və şifahi formada icra olunub. Yazılı forma bir vərəqdə əksini tapıb. Burada iki cəhətə önəm verilib:

- birincisi idrak fəallığının yaradılmasına

- ikincisi onun davamlılığına nail olunmasına

Qeyd edək ki, dərsdə şagirdlərin idrak fəallığının təmin edilməsi əsas nəticə göstəricisi hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi