Kiberbullinq

Texnologiyanın inkişafı informasiyanı asanlıqla əldə etmək, dostluq əlaqələri qurmaq üçün nə qədər əlverişli imkan verirsə, bir o qədər də kiber zorakılığın artmasına zəmin yaradır. Şagirdlər arasında bullinq və kiberbullinqin azaldılması məqsədilə məktəbin psixoloqu Bənövşə Cabbarova 8-ci siniflərlə maarifləndirici söhbət aparıb.

Psixoloq bildirib ki, məktəb mühitində zorakılıq hər zaman mövcud olan sosial problemdir. Texnologiyanın sürətli inkişafı və ondan müxtəlif məqsədlər üçün istifadə edilməsi təhsilalanlar arasında zorakılığın yeni və daha təhlükəli formasına gətirib çıxarıb. Uşaqların internetdə keçirdikləri vaxtın artması ilə paralel olaraq kiber zorakılığa cəlb edilmə ehtimalı da çoxalır. Çalışmaq lazımdır ki, şagirdlər ailələri ilə daha çox və keyfiyyətli vaxt keçirsinlər, bu onların internetdə keçirəcəkləri vaxtı əhəmiyyətli dərəcədə azaldacaq.

Sonda şagirdlərə bullinqin qarşısının alınması üçün sinifdaxili qaydalar toplusu hazırlanaraq hər kəsin oxuya biləcəyi yerdə yerləşdirilməsi, onların həyata keçirilməsində müəllim ilə şagirdlərin iştirakının təmin edilməsi haqqında təlimatlar və tövsiyyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi