Respublika konfransı

Aprelin 24-ü 53 nömrəli tam orta məktəb və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Respublika konfransı keçirilib.

Konfrans Respublikanın dövlət himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.

Konfransda BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev və gənc nəslin milli-mənəvi tərbiyəsi”, Redaksiya -nəşriyyat işi kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Rasim Süleymanov “Dünyanın görkəmli Dövlət və ictimai-siyasi xadimləri Ulu Öndər Heydər Əliyev haqqında”, Redaksiya-nəşriyyat işi kafedrasının dosenti, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Nailə Mehrəliyeva “Qarabağ zəfəri Heydər Əliyev irsinin təntənəsidir”, məktəbin tarix müəllimi Şair Quliyev “Azərbaycanda elm və təhsilin inkişafında Heydə Əliyev mərhələsi” mövzusunda geniş məruzə edib.

Məktəbin istedadlı şagirdləri Cavidan Babazadə ilə Yusif Bayramlının ifasında Vətənə və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş musiqilər dinlənilib.

Sonda Rasim Süleymanov “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” adlı kitabını məktəbin kitabxanasına hədiyyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi