Ümumdünya kitab günü

“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi çərçivəsində dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək məqsədilə məktəbin kitabxanasında 23 aprel “Ümumdünya kitab günü”-nə həsr olunmuş dəyirmi masa keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fərqanə Tağıyeva şagirdləri Məhəmməd Füzulinin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanış edib, Bildirib ki, Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

Sonda şagirdlər dahi şair haqqında bildiklərini yoldaşları ilə bölüşüb və onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi