Yaşıl dünya naminə həmrəylik ili

Aprelin 23-ü məktəbdə təcrübə keçən Azərbaycan Dövlət Pedaqoji Universitetinin təcrübəçi tələbələrinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin metodist rəhbəri Zəminə Babayeva, pedaqoqu Arzu Pirquliyeva iştirak edib.

Çıxış edən aparıcılar qeyd ediblər ki, sağlam ekoloji mühit, sağlam hava, təmiz su - bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Dövlətimizin başçısı tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bunun əyani sübutudur.

Şagirdlərin Coğrafi təbəqələrə və onların mühafizəsinə həsr etdiyi səhnəciklər, rəqslər, musiqilər izləyənlər tərəfindən maraqla qarşılanıb.

Sonda qonaqlarla tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi