Kim kimdir? -sorğu
Son zamanlar şagirdlər arasında bullinq halları, biri-birilərinə qarşı xoşagəlməyən davranışlarla rastlaşırıq. Bunun əsas səbəbi şagirdlər arasında münasibətlərin düzgün tənzimlənməməsidir.
Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə aprelin 18-i məktəbin psixoloqu Raidə İmanova tərəfindən 5ğ sinfində “Kim Kimdir?” adlı sorğu keçirilib. Bu sorğu vasitəsilə şagirdlərin bir-birlərinə qarşı həm neqativ, həm də pozitiv münasibəti araşdırılacaq və neqativ halların qarşısının alınması üçün lazımi tədbirlər görüləcək.