Düzgün peşə seçimi

Şagirdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü  xidmətinin üzərinə düşür. Elə bu məqsədlə aprelin 18-i məktəbin psixoloqları Bənövşə Cabbarova və Raidə İmanova IX sinif şagirdləri ilə “Düzgün peşə seçimi” mövzusunda dəyirmi masa keçirib.

Psixoloqlar bildiriblər ki, “Peşəyönümü anlayışı” şagirdlərin müxtəlif peşələri tanımasına və öz xüsusiyyətlərinə uyğun peşələr seçməsinə, onları seçdiyi peşələrə hazırlamasına və peşəkarcasına inkişaf etməsinə yardım xidmətləri kimi ifadə edilə bilər. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə, öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Orta məktəb şagirdlərinin yeniyetməlik dövründə verdikləri qərarları daim dəyişmək meyli onların hansı peşəni seçəcəkləri ilə bağlı qərarlarına da təsir edir. Peşə seçimi  ilə bağlı verəcəkləri səhv qərarların həyatlarına necə təsir edəcəyindən danışan psixoloqlar müxtəlif peşələr və peşə məktəbləri haqqında şagirdlərə ətraflı məlumat və lazımi tövsiyyələr verib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi