Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar təşkil olunmuş “açıq qapı” günündə məktəbin 5c sinfinin sinif rəhbəri Şölə Şükürova şagirdləri ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib.
Şagirdlər Mərkəzin Muzey, Kitabxana və İnformasiya Texnologiyaları bölmələri ilə tanış olub. Burada onlara Mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.