“Yaşıl dünya ilə tanış olaq”

Respublikamızın prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Sərəncama Əsasən “Yaşıl dünya naminə həmrəylik ili” səviyyəsində, məktəbin şagirdləri arasında yaş səviyyəsinə uyğun olaraq maarifləndirici tədbirlər təşkil olunur.

Məktəbin 4a sinfinin sinif rəhbəri Rəvanə Babayeva azyaşlıların canlı təbii obyektlərə emosional münasibətinin formalaşdırılması məqsədilə şagirdləri arasında “Yaşıl dünya ilə tanış olaq” mövzusunda maarifləndiricici söhbət aparıb. Müəllimə şagirdlərə bitkilərə qulluq haqqında danışıb, onlara necə qulluq edilməsi haqında məlumat verib. Dərsin sonunda uşaqlar böyük həvəslə sinifdəki bitkillərə qulluq edib, su verib və onların qayğısına qalıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi