Heydər Əliyev mərkəzinə ekskursiya

Martın 27-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan SSR xalq artisti, tanınmış aktyor Lütfəli Abdullayevin anadan olmasının 110-cu ildönümü ilə əlaqədar “Əhməd haradadır” filmi nümayiş olunub.

Filmin nümayişində məktəbin 8ç sinfinin sinif rəhbəri Aytəkin Eyvazova şagirdləri ilə birlikdə iştirak edib.

Şagirdlər Mərkəzin muzey bölməsində Heydər Əliyevin büstünü ziyarət edib.

Mərkəzin bələdçisi Mayrux Cavadova ölməz sənətkar Lütfəli Abdullayevin həyat və fəaliyyəti, Azərbaycan kinosunda yaratdığı unudulmaz obrazlar haqqında şagirdlərə məlumat verib.

Sonra məktəblilər Azərbaycan kinosunun incilərindən olan, görkəmli aktyorun “Zülümov” obrazını yaratdığı “Əhməd haradadır” filmini izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi