Novruz adətləri

Martın 18-i məktəbin 5e sinfinin sinif rəhbəri Aytən Məmmədova “Novruz adətləri” mövzusunda dərs keçib.

İlk olaraq müəllimə şagirdlərə Novruz bayramı haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda ilin başlanmasının-yazın gəlməsinin bayram kimi qeyd edilməsi qədim bir tarixə malikdir. Yaz bayramının Novruz adlanması ilk orta əsrlərdən məlumdur. Qədim məlumatlardan bu bayram çəşn-bahar bayramı adlandırılmışdı. Novruz bayramının öz adətləri var. Bu adətlər çərşənbə axşamı və xüsusi ilə axır çərşənbə axşamı mərasimində qabarıq şəkildə əks etdirilir. İlin axır çərşənbəsində xalq arasında müxtəlif adətlər olmuşdur. Həmin adətlərdən həyətlərdə tonqal qalamaq, qulaq falına çıxmaq, şal sallamaq, qaşıqla kasa çalmaq axır çərşənbə ilə əlaqədar olan adətlərdir.

Daha sonra şagirdlər bayram günlərində müxtəlif əyləncələr, o cümlədən, çofgən, çərəq oyunları, oxatma və s. yarışlar haqqında danışıb. Milli geyimlər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi