"Dəyərlərimiz" mövzusu musiqidə
“Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbin 3c sinfinin sinif rəhbəri Flora Mehtiyeva sinfində “Dəyərlərimiz musiqidə” adlı dərs keçib.
Müəllimə şagirdlərə bildirib ki, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən adət-ənənələrimiz, musiqimiz, maddi-mənəviyyat nümunələri və s. insanın formalaşmasında əsas amillərdəndir. Azərbaycan musiqisi və burada yaşanan tarixi köklərimiz, xalqın düşüncə tərzi, adət-ənənələrə hörmət gələcək nəsilə lazımi şəkildə təqdim olunmalıdır.
Sonra şagirdlər milli rəqslər haqqında danışıb və birlikdə rəqs ediblər.