Monitorinq nəticələrinin təhlili
Martın 15-i Təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Qasımova məktəbin direktoru Tünzalə Zeynalovanın, VI və IX siniflərin sinif rəhbərlərinin və fənn müəllimlərinin iştirakı ilə Rus bölməsində BŞTİ tərəfindən 30.10.2023-cü il tarixində VI və IX siniflərdə keçirilən monitorinqin nəticələrini təhlilini aparıb.
İclasda çıxış edən məktəbin direktoru bildirib ki, dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir. Keçirilən monitorinqlərin əsas məqsədi məhz təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Təhsildə keyfiyyətin müəyyən olunması şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ilə şərtlənir. Şagirdin təlim nəticələri təhsil sahəsində baş verən bütün fəaliyyətlərin yekun nəticəsi kimi ortaya çıxdığından şagirdin təlim nəticələrindən çıxış edərək biz bu nəticələrə əsasən müəllimin tədris fəaliyyəti, məktəbin fəaliyyətini də qiymətləndirə bilirik. Eyni zamanda, keyfiyyətin faktiki vəziyyətini müəyyənləşdirməklə onun yaxşılaşması üzərində çalışmalıyıq.
Sonda sinif rəhbərlərinə siniflər üzrə nəticələr təqdim olunub. Onları maraqlandıran suallar cavablandırılıb.