Sağlam ailə əlaqələri və dəyərləri

“Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbin psixoloqu Bənövşə Cabbarova “Sağlam ailə əlaqələrinin və dəyərlərinin əhəmiyyəti” mövzusunda seminar keçirib.

Seminarın keçirilməsində əsas məqsəd ailə dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərdə ailəyə məhəbbətin, hörmətin aşılanmasından ibarət olub.

Psixoloq çıxış edərək ailə dəyərləri haqqında şagirdlərə ətraflı məlumat verib, bildirib ki ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynayır.

Sonda şagirdlərin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi