Yol hərəkəti qaydaları-nəqliyyat vasitələri
Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinin təşkilinə dair təbliğat-təşviqat, maarifləndirmə tədbirlərinin keçirilməsinə dair fəaliyyət planına əsasən məktəbin 3c sinif müəllimi Flora Mehtiyeva “Yol hərəkəti qaydaları-nəqliyyat vasitələri” mövzusunda dərs keçirib.
Dərs zamanı şagirdlər qruplara ayrılıb. Hər qrup müəyyən nəqliyyat vasitələrini, onlara aid nişanları təhlil edərək təqdimatlar hazırlayıb.
Sonda şagirdlərin işləri dinlənilib və qiymətləndirilib.