8 Mart-Beynəlxalq Qadınlar günü

Hər il 8 mart tarixi ölkəmizdə qadınlara qarşı nəzakət, sevgi və məhəbbət tərənnümünü olaraq Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.

Məktəbin 7f sinfinin sinif rəhbəri Fəridə Əliyeva şagirdləri və valideynləri ilə birlikdə 8 Mart- Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir təşkil edib.

Tədbirdə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova cəmiyyətimizdə qadınlarımızın nailiyətlərindən və xanımlarımıza verilən yüksək dəyərdən danışıb və bayram münasibətilə bütün xanımları təbrik edib.

Daha sonra şagirdlərin çıxışları dinlənilib. Onların hər fənn müəllimini özünəməxsus şəkildə səhnəcik, videoçarx və musiqi nömrəsi ilə təbrik etməsi həm müəllimlərinin sevincinə, həmdə izləyənlərin marağına səbəb olub. Valideynlərini də kənarda qoymayan şagirdlər onlar üçün hazırladıqları şeirləri səsləndirib və onlara çiçək təqdim edərək analarına olan sevgilərini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi