8 Mart-Beynəlxalq Qadınlar günü

Martın 6-sı məktəbdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosenti Nərmin Kamilova, Pedaqoqika üzrə təcrübə rəhbəri Əminə xanım, “Musiqi sənəti” fakültəsinin Təcrübəçi Müəllimləri Cəmil Abbasov, Mirseyid İbadov, İsa İbrahimov, Gülər Mustafayeva, Günay Quliyevanın təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə musiqi sədaları altında məktəbin müəllimləri təbrik edilib. Daha sonra şagirdlər müxtəlif şeirlər səsləndirmiş, musiqilər ifa etmiş və səhnəciklər göstəriblər.

Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova qadınların gücünün, əzminin nəticəsi olan, bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri- 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımları təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi