Basketbol yarışı

İdman Oyunları quruluşuna, sisteminə, məzmununa və oyun qaydalarına görə bir birindən fərqlənir. Hər bir oyunun özünəməxsus texnikası və taktikası var.

Martın 6-sı məktəbin fiziki tərbiyə müəllimi Gülnarə Əliyeva “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü”-nə həsr olunmuş “Basketbol yarışı” keçirib. Yarışda “Zəfər” və “Qarabağ” komandaları iştirak edib.

Yarış zamanı komandanın üzvlərinin hər birinin özünəməxsus texniki və taktiki çevikliyi, bacarıq qabiliyyəti və digər keyfiyyətləri nəzərə alınaraq 11-ci sinif şagirdi Rauf Bağırov ən yaxşı oyunçu adına layiq görülüb.

 Ümumi komandanın oyun texnikasının düzgün yerinə yetirilməsinə görə isə “Zəfər” komandası qalib olub. 

Qalibləri təbrik edir və uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi