“İdman həftəsi"ndə şahmat

"İdman həftəsi” layihəsi çərçivəsində məktəbin şahmat müəllimi Qurban Səfərovun təşkilatçılığı ilə  ibtidai sinif şagirdləri arasında şahmat turniri keçirilib.

Məqsəd şagirdlərdə dünyagörüşünün inkişafına nail olmaq, onlara diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi, əvvlcədən oyununun nəticəsini görməyi öyrətməkdən ibarə olub.

Qeyd edək ki, şahmat oyunu uşağın əqli inkişafında müsbət rol oynayır. Uşaqlarda səbirlilik qabiliyyətini, özünü ələ almaq, dözümlülük hissini artırır.

Yarışda 3f sinif şagirdi Davud Qurbanov I yerə, 3b sinif şagirdi Turqut Salahov II yerə, 2j sinif şagirdi Ayan Əhmədova və 3ğ sinif şagirdi Murad Əlizadə III yerə layiq görülüb.

Şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi