“Kim sevirsə idmanı”-rəsm müsabiqəsi

Martın 5-i "İdman həftəsi” layihəsi çərçivəsində məktəbin V-IX siniflərində rəsm müəllimləri Mehmanə Bağırova və Aygün Mehdiyevanın təşkilatçılığı ilə “Kim sevirsə idmanı” adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin təşkilində məqsəd şagirdlərdə fiziki tərbiyə və idmana olan marağı artırmaq, onlarda yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və istedadlı şagirdlərin aşkar edilməsi olub. Şagirdlər çəkdiyi şəkillərdə idmanın müxtəlif sahələrini təsvir edib.

Müsabiqədə Rəhimə İsmayılzadə-7b, Tükəzban Abdullayeva-6g, Əsmər Canməmmədova 6j I yerə, Aylin Həsənli-6g, Ayan Tahirova-7ç, Rüqəyya Ağamalıyeva -8ğ II yerə, Mədinə Hüseynzadə-6j, Aişə Eyvazova-7a, Fidan İslamova-5f III yerə layiq görülüb.

Şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi