Sağlam qidalanma və idman

Martın 5-i məktəbin 4d sinfinin sinif rəhbəri Nəzakət İsgəndərova şagirdlərlə “Sağlam qidalanma və idman” mövzusunda maarifləndirici söhbət aparıb.

 Bildirib ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. İdmanda istənilən nəticəni almaq üçün qidaların əhəmiyyəti çox böyükdür. Düzgün məşq və sağlam qidalanma ilə insanlar istədikləri formada qala bilərlər. Artıq sübut olunub ki, düzgün, balanslı qidalanma və maye istehlakı ilə məşqin səmərəliliyi artırıla bilər.

Daha sonra şagirdlərə bu mövzuya həsr olunmuş videoçarx göstərilib və onların da bu haqda fikirləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi