İdmançıların yarışa hazırlığının psixoloji yanaşması

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq "İdman həftəsi” layihəsi çərçivəsində məktəbin psixoloqu Bənövşə Cabbarova  “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” mövzusunda şagirdlərlə söhbət aparıb. Bildirib ki psixoloji hazırlıq – idman fəaliyyətinin psixoloji effektivliyinin artırılması üçün aparılan hazırlıq növünə aiddir. Psixoloji hazırlıq idmançının psixoloji mədəniyyətinin artırılması, idmançının hazırlığının başqa hazırlıq növlərinin qarşılıqlı əlaqələndirmə məsələlərinin həllində rast gələn çətinlikləri aradan qaldırmaqdan ibarətdir. Əgər idmançı böyük həcmdə məşq yükünü yerinə yetirirsə, onun psixikasında gərginlik artır və özünü idarəetmə sistemi zəifləyir, burada psixoloji yardım almadan təlim-məşq prosesinə davam etmək mümkün deyil.

Beləliklə, psixoloji hazırlığın idmançıların müvəffəqiyyətli yarış fəaliyyəti üçün tələb olunan psixoloji keyfiyyətlərin inkişafı və təkmilləşdirilməsi olduğunu qeyd edən psixoloq şagirdləri maraqlandıran sualları da cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi